Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla özümüzü və digər insanları qorumuş olarıq

Pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla özümüzü və digər insanları qorumuş olarıq

Tarix: 28 Avqust 2020 04:30

Bu il pandemiya dövrü ilə əlaqədar olaraq məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunması, koronavirusun geniş yayılmasının qarşısının alınmasıdır. Bütün möminlər bunu anlayışla qarşılayır və ümumbəşəri bəla olan COVID-19-la mübarizədə həmrəyliklə nümayiş etdirirlər.

Sonxeber.net bildirir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov deyib. O bildirib ki, dövlətimiz tərəfindən COVID-19 pandemiyasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığı üçün lazımi tədbirlər görülür. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri də insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Kütləviliyi ilə seçilən Aşura mərasiminin izdihamla keçirilməsi, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Ona görə də hər kəs bu işdə diqqətli və məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etməlidir.

Sadiq Cəfərov insan sağlamlığının qorunmasının dinimizin əsas şərtlərindən biri olduğunu bildirib: "Həzrəti Peyğəmbərimiz belə buyurub: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Odur ki, koronavirusun geniş yayıldığı indiki pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla həm özümüzü, həm də digər insanları da qorumuş olarıq".


Etiketlər:  Pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla özümüzü digər insanları qorumuş olarıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ