Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 11:24
Bakı. Trend:
B12 vitamini koronavirusun çoxalmasının qarşısını ala bilər.
Trend-in məlumatına görə, bir qrup hindistanlı alim bu qənaətə gəlib.
Alimlərin apardığı müşahidələr nəticəsində məlum olub ki, B12 vitamininin xüsusi forması olan metilkobalamin SARS-CoV-2 virusunun çoxalmasında rol oynayan “nsp12” maddəsini sıradan çıxarır.
Bunun təsdiq olunması üçün bir sıra tədqiqatların keçirilməsi tövsiyə edilib. Həmin maddənin effektivliyi təsdiq olunarsa, bu cür preparat koronaviruslu xəstələrlə sıx təmasda olan tibb işçilərinə və ya digər xəstəlikləri olan yaşlı şəxslər üşün təyin oluna bilər.