Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Məxfi Xidmətinin onlarla əməkdaşı koronavirusa yoluxub

ABŞ Məxfi Xidmətinin onlarla əməkdaşı koronavirusa yoluxub

Tarix: 29 Avqust 2020 09:52

Bakı. Trend:

ABŞ Məxfi Xidmətinin onlarla əməkdaşı koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə "Washington Post" qəzeti yazıb.

Məlumata əsasən, bu yoluxmalar Prezident Donald Tramp və vitse-prezident Maykl Pensin ölkədaxili səfərləri zamanı qeydə alınıb.

Qeyd olunur ki, yoluxmaların böyük əksəriyyəti son iki ay ərzində olub. D.Trampın Florida ştatına son səfərlərindən birində Məxfi Xidmətin beş əməkdaşını dəyişmək lazım gəlib. Belə ki, əməkdaşlardan birinin koronavirus testi müsbət nəticələnib. Digər dördü isə onunla sıx təmasda olduğu üçün karantinə alınıb.

ABŞ Məxfi Xidməti yoluxan əməkdaşların dəqiq sayını açıqlamayıb.


Etiketlər:  ABŞ Məxfi Xidmətinin onlarla əməkdaşı koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ