Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilər

Məktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilər

Tarix: 29 Avqust 2020 12:20

Bakı. Elçin Mehdiyev – Trend:

Məktəblərin açılması ilə bağlı uşaqlara geyim və məktəb ləvazimatlarının alınması üçün ənənəvi qaydalardan, o cümlədən yaramarkaların təşkil olunması metodundan istifadə oluna bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, ancaq hələki böyük ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur: “Müəyyən yarmarkalar təşkil oluna bilər. Ancaq iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Tələskənlik əldə edilmiş müsbət tendensiyada əks effekt verə bilər”.


Etiketlər:  Məktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ