Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - FOTO

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - FOTO

Tarix: 29 Avqust 2020 17:22

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, ötən müddət ərzində isə ümumilikdə 910 890 test aparılıb.


Etiketlər:  Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ