Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 21:12
Apple virtual reallıq şirkəti olan Spaces-i satın alıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Apple-ın bu platformanı AR/VR əsaslı ağıllı eynək layihəsinə inteqrasiya edəcəyi gözlənilir.
Hələlik iki tərəfdən də məsələ ilə bağlı açıqlama verilmədiyi üçün satışın ümumi dəyəri bəlli deyil. Bununla yanaşı, Apple-ın 2010-2019-cu illərdə 20 süni intellekt layihəsini satın aldığı bildirilir.
Qeyd edək ki, Spaces əsası Dreamworks əməkdaşları tərəfindən qoyulan, istifadəçilərə animasiyalı insanlar vasitəsilə virtual reallıq əsaslı konfrans təşkil edən şirkətdir.