Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış həkimdən mühüm çağırış - Bu xəstələrin hər birinə dərman təyin edilmir

Tanınmış həkimdən mühüm çağırış - Bu xəstələrin hər birinə dərman təyin edilmir

Tarix: 30 Avqust 2020 20:36

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov yüksək təzyiqlə necə mübarizə aparmaq lazım olduğunu izah edib.

Sonxeber.net xəbər verir ki, yüksək təzyiq xəstələri üçün gündəlik Holter monitorinq proseduru mövcuddur. Bu üsuldan istifadə edərək təzyiqin nə vaxt yüksəldiyini və düşdüyünü öyrənə bilərsiniz. Nəticələrə əsasən həkim müalicə təyin edəcək, xəstənin dərmana və ya səhhətinin yaxşılaşdırılması üçün başqa yollara ehtiyacı olub-olmadığına qərar verəcək.

"Hər kəs həb içməli deyil. Bəlkə sadəcə arıqlamaq, duzdan imtina etmək və stressdən uzaq durmaq lazımdır", - deyə həkim "Rusiya 1" kanalında yayımlanan "О самом главном" proqramında danışarkən deyib.

Ekspertlərin sözlərinə görə, ürək xəstələri çuğundurla ehtiyatlı olmalıdır, amma üzüm və qara qarağat əksinə təzyiqi azaltmağa kömək edir. Hipertoniya xəstələrinə bədən tərbiyəsi, gimnastika ilə məşğul olmaq, qəhvəni çayla əvəz etmək tövsiyə olunur. (publika.az)


Etiketlər:  Tanınmış həkimdən mühüm çağırış xəstələrin hər birinə dərman təyin edilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ