Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı, Sumqayıt və Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək

Bakı, Sumqayıt və Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək

Tarix: 31 Avqust 2020 07:50

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Sonxeber.net bildirir ki, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.

Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.


Etiketlər:  Bakı Sumqayıt Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ