Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 19:28
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.
50 kq
Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda Evin Demirhanla (Türkiyə) qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. O, həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.
57 kq
Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Güləşçimiz 1/4 finalda Mimi Xristovaya (Bolqarıstan) uduzub - 0:6.
62 kq
Elmira Qəmbərova 1/8 finalda Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşüb. 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın yarımfinaldakı rəqibi Krişta İnçze (Rumıniya) olacaq.
76 kq
Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gəlib. 8:2 hesabı ilə rəqibini məğlub edən Əliyeva yarımfinalda Frensi Rideltlə (Almaniya) qarşılaşacaq.