Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqşin Kamal da ''Xəzər''dən getdi

Aqşin Kamal da ''Xəzər''dən getdi

Tarix: 1 Sentyabr 2020 12:16

Daha bir aparıcı Xəzər Televiziyası ilə yollarını ayırıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Xəzər Xəbər"in aparıcısı və redaktoru Aqşin Kamal işdən gedib.

O, bu barədə sosial şəbəkədə məlumat yayıb. A. Kamal televiziyadakı 8 illik fəaliyyətinə son qoymaq qərarına gəlib:

"2012-ci ilin martından gəldiyim "Xəzər" televiziyasından öz istəyimlə ayrılmağa qərar verdim. Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta Xəzər TV-də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm".


Etiketlər:  Aqşin Kamal Xəzərdən getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ