Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal''da yeni müdafiəçi - Rəsmi

''Arsenal''da yeni müdafiəçi - Rəsmi

Tarix: 1 Sentyabr 2020 19:38

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lill"dən Qabriel Maqalyaesi transfer edib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Britaniya mətbuatı "Arsenal"ın 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzaladığını və 30 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, braziliyalı Qabriel ötən mövsüm Fransa çempionatında 24 matçda 1 qol vurub.

 


Etiketlər:  Arsenalda yeni müdafiəçi Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ