Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 09:56
Lüksemburq millisinin iki futbolçusu UEFA Millətlər Liqasının Azərbaycanla oyunu buraxa bilər.
Qol.az "Wort.lu" saytına istinadən xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vensan Till ötən gün Almaniyanın 3-cü liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib. Onun millimizlə görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Jerson Rodriqeş də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.
Qeyd edək ki, Azərbaycan - Lüksemburq görüşü sentyabrın 5-i keçiriləcək.