Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dedim icazə verin, oğlanlarla söhbət edim” - Övladı ilə birgə çay evini dağıdan ana - VİDEO

“Dedim icazə verin, oğlanlarla söhbət edim” - Övladı ilə birgə çay evini dağıdan ana - VİDEO

Tarix: 2 Sentyabr 2020 21:30

İsmayıllı rayonunda xuliqanlıq hadisəsi baş verib.

Sonxeber.net ARB-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayon sakinləri Güllü Yusubova və oğlu Nəsib Yusubov şəhərin Nizami küçəsi, 2 ünvanında yerləşən və sahibkar Ələkbər Əsgərliyə məxsus mağaza, çay evi və avtomobillərin yağdəyişmə məntəqəsinə gələrək orada münaqişə yaradıblar. Hər üç obyektin sahibi onların bayıra çıxmasını tələb edərkən ana və oğlu mağaza sahibi Ələkbər Ələsgərlini və onun qardaşı Asim Əsgərlini döyüb, oradakı vitrinləri dağıdıb, ərzaq və digər məhsulları yerə atıb, inventar avadanlıqları sındırıblar.

Asim Əsgərli - Çayçı: "Ana-bala hücum çəkib şüşələri qırdılar. Sonra gedib qardaşımın maşının  qarşısını kəsib şüşələrini qırdılar. Səbəb də odur ki, guya maşınla qırmızı işıqda keçmişik".

Şükran Nurbəyli - Şahid: "Oturub çay içirdik. Qəfil içəridən qışqırıq səsi eşitdik. Qadın və oğlu idi. Qadın stolları çırpdı".

Sonra Nəsib Yusubov şəxsi "Priora" markalı minik avtomobilinə əyləşərək onu mağaza sahibinin qardaşı Asim Əsgərliyə məxsus "VAZ 2107" markalı minik avtomobilinə tərəf hərəkət etdirərək ona çırpıb.

Mağaza sahibi və qardaşı bu şəxslərin törətdiyi xuliqanlıq hərəkəti barədə şikayət etmək üçün rayon polis şöbəsinə gedərkən yenə hücuma məruz qalıblar. Mağaza və avtomobil sahibi olan qardaşlara ümumilikdə 5 min manat maddi ziyan dəyib.

Güllü Yusubova deyilənlərin doğru olmadığını, hadisənin tam tərsinə baş verdiyini iddia edir.

Güllü Yusubova - İsmayıllı sakini: "Getdim ki, orada bir dəstə oğlan oturub çay içir. Dedim ki, icazə verin bu oğlanlarla söhbət edim. Soruşdum ki, dərdiniz nədir, niyə dalaşırsınız? Elə bu sözü dedim ki, oğlanlardan biri oğlumun ağzına yumruq vurdu. Qan bütün paltarıma çiləndi. Sonra da stolu aşırdı, telefonum yerə düşdü. Oğlum huşunu itirib yerə yıxıldı".

Xuliqanlıq hadisəsi törədən qadın və oğlu rayon polis şöbəsinə dəvət edilib, izahatı alınaraq sərbəst buraxılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Dedim icazə verin oğlanlarla söhbət edim Övladı ilə birgə çay evini dağıdan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ