Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda maşın və avadanlıqların istehsalı azalıb

Bakıda maşın və avadanlıqların istehsalı azalıb

Tarix: 2 Sentyabr 2020 23:56

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-iyun aylarında Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 155,6 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 53,8 faiz artıb.

Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 7,8 faiz , odsöndürənlərin istehsalı 70,7 faiz, fəvvarə armatur istehsalı 65,2 faiz, mancanaq dəzgahların istehsalı isə 50,3 faiz azalıb.


Etiketlər:  Bakıda maşın avadanlıqların istehsalı azalıb


RƏYLƏR