Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 09:38
"Barselona”nın kapitanı Lionel Messinin atası Xorxe Messi ilə klub prezidenti Xosep Bartomeu arasında bir qədər əvvəl başa çatan danışıqların detalları məlum olub.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, klub rəhbəri Messinin atasına oğlunun müqaviləsindəki “Barselona”dan gedə biləcəyinə aid bəndin müddətinin 10 iyun tarixində bitməsini israrla bildirib.
O, argentinalı hücumçunun klubun yeni layihəsi üçün əsas sima olduğunu və futbolçunun satılması üçün danışıq aparmayacaqlarını qeyd edib. Bartomeu Messinin etibarlı bir müqaviləsinin mövcudluğunu xatırladaraq, onun məşqə qayıtmalı olduğunu deyib.
Messinin meneceri olan atası isə qarşı tərəfə bildirib ki, oğlu klubu tərk etməkdə israrlıdır.
Beləliklə, tərəflərin danışığı uğursuz nəticələnib.
Xorxe Messinin görüşdən sonra İspaniya mətbuatına verdiyi qısa açıqlaması isə belə olub: “Oğlum “Barselona”da qalmır”.
Qeyd edək ki, Britaniya mətbuatı Messinin “Mançester Siyi”yə keçəcəyini, hətta tərəflər arasında 5 illik müqavilə ilə bağlı razılıq əldə olunduğunu yazıb.