Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin həcmi 4 milyard manata yaxın olacaq

Gələn il sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin həcmi 4 milyard manata yaxın olacaq

Tarix: 3 Sentyabr 2020 14:26

Gələn ilin Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il sosial müdafiə və sosial təminata ayrılan vəsaitin həcmi büdcə gəlirlərinin 14,6 faizi həcmində olacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin həcmi 3 milyard 773 milyon manatdan çox olacaq.


Etiketlər:  Gələn sosial müdafiə sosial təminata ayrılacaq vəsaitin həcmi milyard manata yaxın olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ