Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 15:28
15:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub. Dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.
----------
14:47
Bakıda qaldırıcı kranın aşması nəticəsində 1 nəfər ölüb.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəzada kranın sürücüsü ölüb.
---------
14:29
Bakıda qaldırıcı kran aşıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, kran ərazidə bina tikintisi üçün istifadə olunurmuş.
İlkin məlumata görə, bir nəfər yaralanıb.
Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.