Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 17:22
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin ortalarınadək dünyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözləmir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.
O bildirib ki, həmin müddətədək kütləvi peyvəndləmə real görünmür: "Hazırda kifayət qədər potensial vaksinin kliniki sınaqlarının üçüncü mərhələləri davam edir. Bu vaksinlərin sınaqlarının başa çatması və təsdiqlənməsi üçün vaxt lazımdır".