Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada yarım milyon sakin təxliyyə edilir

Yaponiyada yarım milyon sakin təxliyyə edilir

Tarix: 6 Sentyabr 2020 12:24

Bakı. Trend:

Yaponiyanın cənub və cənub-qərbində yaşayan 500.000-dən çox sakin yaxınlaşmaqda olan "Hayşen" supertayfunu səbəbiylə evakuasiya üçün yerli rəhbərliklərdən təlimat alıb.

Trend-in məlumatına görə, bu barədə yerli ictimai televiziyası xəbər yayıb.

Ölkənin Naqasaki, Kumamoto və Kaqoşima prefekturalarında 530 min sakinin təxliyyəsi barədə göstəriş, doqquz digər prefekturada isə 3,5 milyondan çox sakinə təxliyyə edilmək tövsiyəsi verilib. Yaponiya Milli Meteoroloji İdarəsi sutkada 600 mm yağıntının olma ehtimalı barədə xəbər verir. Bəzi bölgələrdə küləyin sürəti 50 m/s-yə çatır.

Hazırda "Hayşen" Sakit Okean boyunca Yaponiyanın ən cənub bölgəsi Okinava istiqamətində 20 km/saat sürətlə hərəkət edir. Təbii olayın mərkəzində küləyin sürəti 70 m/s-ə çatır. Supertayfunun sentyabrın 7-si gecə Yaponiyanın cənub bölgəsinə çatacağı gözlənilir.


Etiketlər:  Yaponiyada yarım milyon sakin təxliyyə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ