Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoluxma sayı azaldı

Yoluxma sayı azaldı

Tarix: 6 Sentyabr 2020 18:12

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137  yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə  37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705  nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı  2076 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612, ötən müddət ərzində isə ümumilikdə 963 104   test aparılıb.

 


Etiketlər:  Yoluxma sayı azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ