Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 03:30
"Bavariya"-nın yarımmüdafiəçisi Xavi Martinez karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu keçmiş klubu "Atletik" Bilbao-ya qayıda bilər. Məlumata görə, La Liqa klubu Martinezə sonradan 1 il artırmaq maddəsi ilə 2 illik müqavilə təklif edib. Klubla futbolçu arasında danışıqların müsbət istiqamətdə davam etdiyi bildirilir.
İspaniyalı futbolçu 2006/12-ci illərdə "Atletik"in şərəfini qoruyub.