Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb - FOTO

Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb - FOTO

Tarix: 7 Sentyabr 2020 19:14

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə məişət tullantıları ilə zibilləndirilmiş Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb. Abidənin içərisi və ətrafı zibildən təmizlənir.

Xidmətdən Sonxeber.net-a bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tarixi tikili dəfələrlə zibildən təmizlənsə də eyni hallar yenidən təkrarlanıb. Sakinlər abidəni zibilləndirmələrini yaxınlıqda zibil qutularının olmaması ilə izah edirlər.

Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.


Etiketlər:  Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb FOTO


RƏYLƏR