Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 19:48
Bakı. Trend:
“Hyundai” və “Kia” avtomobil şirkətləri ABŞ-da 600 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar əyləc mayesinin sızması ilə əlaqədardır. Qeyd olunur ki, bu qüsur nəticəsində avtomobildə qısaqapanma ola və mühərrik hissəsində yanğın baş verə bilər.
Geri çağırılma 2013-15-ci illərdə istehsal olunmuş 440 min “Kia Optima” və “Kia Sorento”, eləcə də 151 min “Hyundai Santa Fe” modellərinə şamil olunur. Avtomobil sahiblərinə təmirədək həmin avtomobilləri sürməmək tövsiyə edilib.
Bu günədək həmin qüsurlarla əlaqədar 15 “Hyundai” və 8 “Kia” avtomobilində yanğın qeydə alınıb.