Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 15:18
Azərbaycanlılar Türkiyədə qalmaq müddətini ölkədən çıxmadan da uzada biləcək.
Bir müddət öncə Türkiyənin Xarici İşlər naziri azərbaycanlı həmkari ilə görüşərkən iki ölkə vətəndaşlarınin qarşılıqlı səyahətlərinin asanlaşdırılacağını və gəliş-gedişin yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcəyini bildirmişdi.
Sonxeber.net bildirir ki, REAL TV-yə açıqlama verən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib.