Tarix: 8 Sentyabr 2020 15:54
“LG” şirkəti fırlanan ekrana malik smartfonunu təqdim edəcək. Qurğu sentyabrın 14-də təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Wing” adlandırılacaq cihaz iki ekrana malik olacaq, ekranlardan biri digərinin üzərində yerləşir. Əlavə ekran 90 dərəcə fırlana bilir, buna görə də istifadəçi eyni zamanda hər iki ekranla qarşılıqlı əlaqə yaratmaq imkanına malik olacaq.
Ekranların ölçüləri haqqında məlumat yoxdur. Ancaq “LG” şirkətinin nümayəndələri dəqiqləşdiriblər ki, cihaz 7-ci seriya “Qualcomm Snapdragon” çipi ilə təchiz ediləcək, “5G” şəbəkələrində işi dəstəkləyəcək və 64 meqapiksellik əsas sensordan ibarət üçqat kameraya malik olacaq.
Emil Hüseynov