Tarix: 8 Sentyabr 2020 20:02
İspaniya Kral Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq qaydaları açıqlayıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki liqada 5 əvəzetmə qaydası saxlanılacaq. Klublar iştirak ərizəsində maksimum 23 futbolçu sifariş edəcək.
Xatırladaq ki, federasiya koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 5 əvəzetmə qaydasını tətbiq etmişdi. Bəzi liqalarda yeni mövsüm üçün bu qayda qüvvədə qalsa da, İngiltərə Premyer Liqasında ləğv olunub. Azərbaycan Premyer Liqasında da 2020-2021 mövsümündə 3 əvəzetmədən istifadə olunacaq.