Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko”nun müdafiəçisi millimizə qarşı oynamayacaq

Tarix: 9 Sentyabr 2020 11:18

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Monteneqro yığması ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Madrid “Atletiko”sunda çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

Komandanın kapitanı C liqasının 1-ci qrupunun ilk iki turunda Kipr (2:0) və Lüksemburqla (1:0) matçlarda sarı vərəqə alıb. Bu səbəbdən 29 yaşlı müdafiəçi 3-cü turda Azərbaycanla matçı buraxacaq.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.

 


Etiketlər:  Atletikonun müdafiəçisi millimizə qarşı oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ