Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın ''Sputnik V'' peyvəndi COVİD 19-dan qoruya biləcək? - 6 ilə hazırlanmalı... - FOTO

Rusiyanın ''Sputnik V'' peyvəndi COVİD 19-dan qoruya biləcək? - 6 ilə hazırlanmalı... - FOTO

Tarix: 9 Sentyabr 2020 15:28

Rusiya dünyada koronavirusa qarşı peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu. Hazırlanan "Sputnik V" peyvəndinin 2021-ci ilin ilk rübündən ixracına hazırlıq görülür. Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən  "Sputnik V" kimi adlandırılan peyvəndin ixracının gələn ilin yaz aylarına qədər mümkün olacağı gözlənilir. 

Lakin "Sputnik V" peyvəndi virusa yoluxmamaq üçün nə qədər effektiv ola bilər?

Sonxeber.net-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar "Sputnik V" peyvəndi ilə bağlı gözləntilərini açıqlayıb:

"Bir çox ölkədə peyvənd sınaqları keçirilir. Bu hazırlıqlar bir çox fazadan keçir. Bəziləri tam üçüncü fazaya keçmədən peyvəndi təqdim ediblər. Məsələn, Rusiya təqdim edib ki, bizim peyvəndimiz hazırdır. Halbuki bütün dünyada bu şəkildə olmur. Yəni, üçüncü faza çalışması olur, ondan sonra peyvəndin istifadəsi qərarı verilir. Bir çox ölkələrdə peyvəndin hazırlanması prosesi davam edir. Böyük ehtimal ki, peyvənd olacaq. Sadəcə zaman məsələsi var. Çünki 6 ilə hazırlanmalı olan bir peyvənd sürətləndirilmiş şəkildə 6 aya və yaxud da 1 ilə hazırlanmağa çalışılır. Problem buradadır. Amma uğurlu nəticələri gözlənilən şirkətlər var ki, onların peyvəndləri uğurlu ola bilər. Sadəcə bunun hamısı o dediyimiz fazaları keçəndən sonra bəlli olacaq".

Təhməz Əsədov


Etiketlər:  Rusiyanın Sputnik peyvəndi COVİD qoruya biləcək ilə hazırlanmalı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ