Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows” sistemində zərərli proqramların quraşdırılması üçün boşluq aşkarlanıb

“Windows” sistemində zərərli proqramların quraşdırılması üçün boşluq aşkarlanıb

Tarix: 10 Sentyabr 2020 08:52

"Microsoft" korporasiyasının "Windows" əməliyyat sistemində zərərli proqramların quraşdırılması üçün boşluq aşkarlanıb. Bu barədə "BleepinComputer" nəşrinin kibertəhlükəsizlik üzrə ekspert Məhəmməd Əskərə istinadən məlumatında deyilir.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssis tərəfindən sonuncu "Windows" yeniləmələrinin birində quraşdırılmış "Windows Defender" antivirus proqramı vasitəsilə əlavələrin məsafədən quraşdırılması imkanı müəyyən edilib. Yenilik "MpCmdRun.exe" komanda sətrindən proqramların quraşdırılması üçün istifadəyə imkan verir. M.Əskər qeyd edib ki, əməliyyat sisteminə faktiki olaraq zərərli proqramların müstəqil şəkildə quraşdırılması öyrədilib.
 
Mütəxəssisin sözlərinə görə, "Windows Defender" virusa yoluxmuş proqram təminatı quraşdırılmaya kömək edəndə də onu müəyyənləşdirə bilir. Lakin heç də bütün kənar antivirus proqramları zərərli əlavəni aşkarlamaq iqtidarında deyil. Ekspert zarafatyana deyib ki, beləliklə, "Windows Defender" yoluxmuş proqram təminatını kompüterə quraşdırmağa imkan verən ələ keçirilmiş uzun proqramlar siyahısına düşüb.


Etiketlər:  Windows sistemində zərərli proqramların quraşdırılması üçün boşluq aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ