Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 3-cü qrup üzrə subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır - Məleykə Abbaszadə

Bu il 3-cü qrup üzrə subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır - Məleykə Abbaszadə

Tarix: 11 Sentyabr 2020 12:21

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il 3-cü qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır, amma bu ehtimal yenə də var.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buna görə də subbakalavrlar ixtisas seçimi zamanı ya regional ali məktəbləri, ya da özəl ali məktəbləri seçməlidirlər.

M.Abbaszadə qeyd edib ki, bu il III qrupda 150-200 bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmaq şansı çox azdır.

Onun sözlərinə görə, 400-dən çox bal toplayanların dövlət sifarişli yerlərdə oxumaq şansı var.


Etiketlər:  qrup üzrə subbakalavrların məktəblərə qəbul olma ehtimalları çox azdır Məleykə Abbaszadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ