Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 13:10
Bu il 3-cü qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır, amma bu ehtimal yenə də var.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, buna görə də subbakalavrlar ixtisas seçimi zamanı ya regional ali məktəbləri, ya da özəl ali məktəbləri seçməlidirlər.
M.Abbaszadə qeyd edib ki, bu il III qrupda 150-200 bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmaq şansı çox azdır.
Onun sözlərinə görə, 400-dən çox bal toplayanların dövlət sifarişli yerlərdə oxumaq şansı var.