Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 04:12
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Honkonqdakı Şouson Hill küçəsində yerləşən malikanələrini satıb.
Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, mütəxəssislər satış dəyərinin 413 milyon dollardan başlamasını təxmin edirlər. Mülkiyyət 2020-ci ilin mayından satışa çıxarılıb. Hazırda alıcının kim olduğu və obyektləri hansı qiymətə alındığı məlum deyil. Müqavilənin 2020-ci ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Dövlət Departamenti bu əmlakı 1940-cı illərin sonlarında satın alıb və 72 il sahibi olub. Obyektlərin satışına səbəb Çində milli təhlükəsizlik qanununun qəbul edilməsi ilə əlaqədar iki ölkə arasındakı gərginlik göstərilir.