Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 15:36
Yeni mövsümə hazırlığını davam etdirən "Lazio" klubu ciddi itki ilə üzləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Luis Felipe sıradan çıxıb.
Ayaq biləyindən zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir. 23 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək və bundan sonra yaşıl meydanlardan nə qədər uzaq qalacağı dəqiqləşəcək.
Lazio yeni mövsümdə ilk oyununu sentyabrın 26-da "Cagliari"yə qarşı keçirəcək.