Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' ''Zirə'' ilə bərabərə qaldı

''Qəbələ'' ''Zirə'' ilə bərabərə qaldı

Tarix: 29 Iyun 2019 20:16

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Sənan Qurbanovun komandası “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hər iki qolu "Qəbələ"nin müdafiəçisi Murad Musayev vurub. 6-cı dəqiqədə avtoqol edən futbolçu 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.
 

29 iyun

Yoxlama oyunu

18:00 Zirə – Qəbələ - 1:1
Qollar:
M. Musayev, 6-avtoqol (1:0), M. Musayev, 57 (1:1)

 


Etiketlər:  Qəbələ Zirə ilə bərabərə qaldı


RƏYLƏR