Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 15:56
Bakı. Samir Əli - Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 2.1 mlrd. dollar həcmində birbaşa investisiya cəlb olunub.
Mərkəzi Bankdan Trend-ə verilən məlumatda bildirilir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur:
"Ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib. Qeyri-neft sektoruna cəlb olunan birbaşa investisiyaların ümumi məbləği isə 328, 6 milyon dollar olub.