Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 17:18
“Real”ın futbolçusu Qaret Beyl Madrid klubundakı taleyi ilə bağlı fikrini dəyişib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqa təmsilçisində ayrılmaq qərarına gəlib. Bildirilib ki, uelsli oyunçu daha çox oyuna çıxmaq istəyir. Beyl “kral klubu”nda ona yetəri qədər şans verilmədiyini düşünür.
Bildirilir ki, futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Qeyd edək ki, Q.Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib. O, geridə qalan mövsüm La Liqada 16 matça çıxaraq 2 qol vurub və eyni sayda qolun ötürməsini verib. Uels millisinin üzvünün Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır.