Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 18:04
Bakı. Trend:
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Büdcə sistemi haqqında” qanuna və “2021-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23s nömrəli 24 yanvar 2020 –ci il il tarixli sərəncamına uyğun olaraq 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.