Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 18:32
Son İspaniya çempionu “Real” bu gün yeni mövsümə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.
Qol.az xəbər verir ki, Madrid klubu “Xetafe” ilə qarşılaşıb.
“Alfredo Di Stefano” stadionunda keçirilən oyunda “Real” rəqibini darmadağın edib -6:0. Karim Benzema poker edib. Digər iki qolu isə Serxio Ramos və Serxio Arribas vurub.
Qeyd edək ki, “Real” sentyabrın 20-də La Liqanın 2-ci turunda “Real Sosyedad”la qarşılaşacaq.