Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 14:38
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"a 24 min TL (təqribən 5450 manat) məbləğində cərimələyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna İstanbul klubunun hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub.
Bu hal iki dəfə baş verdiyindən TFF klubu cərimələyib.
Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək "Qalatasaray" bu gün Bakıya gələcək.. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.