Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimlərimizi tanıyın!'' - həkim-funksionalist Dr.Gülər Miriyeva

''Həkimlərimizi tanıyın!'' - həkim-funksionalist Dr.Gülər Miriyeva

Tarix: 16 Sentyabr 2020 16:15

Bakı. Trend:

"Həkimlərimizi tanıyın!" rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının uzun illər tibbin funksional diaqnostika sahəsində çalışan, neyrofizioloji tədqiqatlar üzrə yüksəkixtisaslı həkim-funksionalist Dr.Gülər Miriyevanı təqdim edirik.

Dr.Gülər Miriyeva Mərkəzi Gömrük Hospitalında beynin funksional aktivliyini müəyyən edən epilepsiya diaqnostikasını, Elektroensefaloqrafiya (EEQ), Elektroneyromioqrafiya (EMQ), əzələ və periferik sinirlərin müayinəsini, birincili əzələ patologiyası olan miopatiyanı, İkincili nevral patologiyaların müayinəsi ilə məşğul olur.

Dr. Gülər Miriyeva 1972-1978-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. O, 1978-1979-cu illərdə 1 saylı şəhər xəstəxanasında ümumi terapiya ixtisası üzrə internatura keçmişdir. Dr.Gülər Miriyeva 1979-2011-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-funksionalist kimi çalışmışdır. O, 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-funksionist kimi fəaliyyət göstərir.

Xəstəliklərin erkən diaqnostikasında eləcə də diaqnozun təsdiqlənməsində funksional diaqnostikanın mühüm əhəmiyyəti vardır. Funksional diaqnostika ilə məşğul olan həkimlərin xüsusilə yüksək peşəkarlığa və geniş məlumata sahib olmaları müalicənin effektiv davam etdirilməsi üçün vacib nüanslardandır. Bu baxımdan Dr.Gülər Miriyeva elektroensefaloqrafiya (EEQ) və elektroneyromioqrafiya (EMQ) müayinələri üzrə özünü xüsusilə təkmilləşdirmiş və nevroloji xəstəliklərin erkən diaqnostikası üzrə yüksəkixtisaslı mütəxəssislərdən birinə çevrilmişdir.

40 ildən çox əmək təcrübəsinə malik olan Dr.Gülər Miriyeva hər zaman öz üzərində çalışır, daim tibbi yenilikləri diqqətlə izləyir və müalicə zamanı sübutlu təbabət prinsiplərinə əsaslanaraq peşəkar fəaliyyət göstərir. Uzun illər ərzində o əldə etdiyi geniş təcrübəni hər bir xəstəyə fərdi yanaşma tətbiq edərək istifadə edir və xəstələrin ən qısa müddət ərzində şəfa tapması üçün yorulmadan çalışır.

2011-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-funksionalist kimi çalışan Dr.Gülər Miriyeva bir çox yerli və beynəlxalq tədbirdə, eləcə də təkmilləşdirmə kurslarında müvəffəqiyyətlə iştirak edib, yüksəkixtisaslı kadr olma yolunda əzmlə çalışıb. Məhz elə bu səbəbdəndir ki, xəstələr Dr.Gülər Miriyevanı yüksək insani keyfiyyətlərə malik sevimli və peşəkar həkim kimi tanıyırlar.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/guler-miriyeva/. Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.


Etiketlər:  Həkimlərimizi tanıyın həkim funksionalist DrGülər Miriyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ