Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' azərbaycanlı fanatlarına təşəkkür etdi

''Qalatasaray'' azərbaycanlı fanatlarına təşəkkür etdi

Tarix: 16 Sentyabr 2020 18:08

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyun üçün bu gün Bakıya gələn Türkiyənin "Qalatasaray" klubu azərbaycanlı azarkeşlərin münasibətindən razı qalıb.

Qol.az xəbər verir ki, bununla bağlı rəsmi "Tvitter" hesabında paylaşım edən İstanbul təmsilçisi fanatlara təşəkkür edib.

Paylaşımda bu sözlər qeyd olunub: "Bu möhtəşəm qarşılama üçün təşəkkürlər, böyük "Qalatasaray" tərəfdarı! Həyatın mənası, "Qalatasaray".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.


 


Etiketlər:  Qalatasaray azərbaycanlı fanatlarına təşəkkür etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ