Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''COVID-19 statistikaları insanlarda güclü stress yaradıb'' - Psixoloq çıxış yollarından danışır

''COVID-19 statistikaları insanlarda güclü stress yaradıb'' - Psixoloq çıxış yollarından danışır

Tarix: 16 Sentyabr 2020 23:45

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq. Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

O vurğulayıb ki, vəziyyət daha da çətin olacaq: "Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir".

Bəs bu tip məlumatlar insan psixologiyasına necə təsir göstərir?

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı medicina.az-a danışan psixoloq Gülnarə Əliyeva bildirib ki, oktyabr-noyabr aylarında ikinci dalğanın olacağını ÜST-lə yanaşı, TƏBİB də qeyd etdi: "Bunu əhaliyə çatdırmaq lazımdır. Çünki insanlar onları nəyin gözlədiyini bilməli, hazırlıqlı olmalıdırlar. Ümumiyyətlə, koronavirus başlayandan həm müalicəsini bitirdiyim köhnə, həm də yeni pasiyentlərim həddindən artıq stress çəkirlər. Bu daha çox təşviş pozuntusu olanlarda, panik-atak və depressiyaya meyilli insanlarda təşviş oyadır. Demək olar ki, pasiyentlərin 80-90 faizi koronavirus başlayandan stress keçirdiklərini, təşvişə düşdüklərini, ataklarının çoxaldıqlarını, gələcəyə daha ümidsiz baxdıqlarını bildirirlər. Koronavirus başlayanda insanlar normal həyatlarından uzaqlaşdılar, qapandılar. Ən çox insanları qorxudan çip yerləşdirmək və aclıq qorxusu oldu. Əgər dünyada başverən hadisələrə müdaxilə edə bilmiriksə, öz psixologiyamızı, immun sistemimizi qorumalı, özümüzü, düşüncəmizi dəyişməliyik. Burada çətin bir şey yoxdur. Gigiyena qaydalarına indi daha çox riayət etməliyik".

Psixoloq əlavə edib ki, sağlam psixologiyaya sahib olan insanlarda belə koronavirusla bağlı statistikaları eşitdikcə güclü stress yaranıb: "Psixologiyanızın, iradənizin zəif olduğunu düşünürsünüzsə, çalışın xəbər saytlarından uzaq olasınız. Yaxın çevrənizə bununla bağlı xəbərdarlıq edin. Təbiətdə sevdiyiniz insanlarla vaxt keçirməyə çalışın. İnsanlar ancaq bu şəkildə öz psixologiyalarını qoruya bilərlər. Gələcəyə qarşı nikbin olmaq lazımdır. Hər insanın səs yazısına, dediyi sözə inanmaq olmaz. Belə bir xəstəliyin olduğunu qəbul edin. Bununla da yaşamaq mümkündür. Mütəxəssislərin rəyinə baxdıqda görürük ki, virus əvvəlki aqressivliyini qoruyub saxlaya bilmir. Önəmli olan düşüncə tərzimizi dəyişərək, immun sistemimizi güclü saxlamaqdır".


Etiketlər:  COVID statistikaları insanlarda güclü stress yaradıb Psixoloq çıxış yollarından danışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ