Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 11:26
Deputat sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirlə deputat Jalə Əliyeva Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
Deputat media işçilərinə müraciə edib: "Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, peyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir".