Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər

Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər

Tarix: 17 Sentyabr 2020 17:48

Azərbaycanda "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsinin hazırlanmasına ehtiyac var.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib.

Onun sözlərinə görə, "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanunun hazırlanmasına və qəbul edilməsinə ehtiyac var.

Nazir müavini qeyd edib ki, nazirlik bu sahədə Milli Məclislə əməkdaşlıq etməyə hazırdır.

Komitə sədri Qənirə Paşayeva isə deyib ki, bu məsələ ilə bağlı işçi qrup yaradılacaq.


Etiketlər:  Azərbaycanda qeyri maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ