Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" "Qalatasaray"a uduzub mübarizəni dayandırdı - YENİLƏNİB - FOTO

Tarix: 17 Sentyabr 2020 22:00

21:58

"Neftçi" bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən oyun İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb. "Qalatasaray" isə 3-cü mərhələdə "Hayduk"la (Xorvatiya) qarşılaşacaq.

Qeyd edək ki, "Neftçi" ilk mərhələdə Şimali Makedoniyanın "Şkupi" klubunu 2:1 udaraq mübarizədən kənarlaşdırmışdı.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi


20:00. "Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) - 1:3 
Qollar:
 Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2), Mbaye Diane, 63 (1:3)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

21:34

Avropa Liqası

2-ci təsnifat mərhələsi


20:00. "Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) - 1:3 (İkinci hissə)
Qol:
 Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2), Mbaye Diane, 63 (1:3)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

21:14

Avropa Liqası

2-ci təsnifat mərhələsi


20:00. "Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) - 1:2 (İkinci hissə)
Qol:
 Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

20:25

"Neftçi" Avropa Liqasında növbəti oyununa çıxıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayıb.

İlk mərhələdə Şimali Makedoniyanın "Şkupi" klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxıb.

Qeyd edək k, "Neftçi" - "Qalatasaray" cütünün qalibi bu gün keçiriləcək "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) - 0:1 (Birinci hissə)
Qol: Mbaye Diane, 19
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Milli.Az


Etiketlər:  Neftçi Qalatasaraya uduzub mübarizəni dayandırdı YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ