Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 20:54
Çempionlar Liqasının 2019/20 mövsümündə mövqelərə görə ən yaxşı oyunçu adlarına namizədlər açıqlanıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, namizədlər aşağıdakılardır:
Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer ("Bavariya"), Yan Oblak ("Atletiko", Madrid)
Müdafiəçilər: David Alaba, Alfonso Devis, Josua Kimmix (hamısı "Bavariya")
Yarımmüdafiəçilər: Kevin de Brüyne ("Mançesteer Siti"), Tomas Müller, Tiaqo Alkantara (hər ikisi "Bavariya")
Hücumçular: Robert Levandovski ("Bavariya"), Kilian Mbappe, Neymar (hər ikisi PSJ)
Qaliblərin adları Çempionlar Liqasının 2020/21-ci illər mövsümünün qrup mərhələsinin oktyabrın 1-də keçiriləcək püşkatma mərasimində açıqlanacaq.
Qeyd edək ki, geridə qalan mövsüm turnirin qalibi "Bavariya" olub.