Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 21:52
Facebook şirkəti bu aralar sahibi olduğu 3 platformadan ən çox Instagram üzərinə fokuslanıb. Bilindiyi kimi insanlar və ya müxtəlif quruluşlar sosial media üzərindən yardım, ianə kampaniyaları keçirir. Lakin sosial mediaların bu tip kampanyalar üçün xüsusi funksiyaları yoxdur. Hər nə qədər Instagram-da Story üzərindən bu tip kampaniyaları paylaşmaq üçün funksiya olsa da Facebook bunu daha da genişləndirmək istəyir.
Tərtibatçı olan Alessandro Paluzzi, tərəfindən paylaşılan məlumata görə Instagram hal-hazırda ianə, yardım kampaniyalarının daha effektiv paylaşılması üçün xüsusi funksiya üzərində işləyir. Beləliklə istifadəçilər ianə kampaniyalarını post olaraq paylaşa biləcək və paylaşılan post digər insanların ana səhifələrində, həmçinin Keşf Et (Explore) kateqoriyasında göstəriləcək. Yeni funksiyanın istifadəyə nə vaxt veriləcəyi hələki bilinmir.