Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat gənc müəllimənin intiharından danışdı: ''Həmin şəxs cəmiyyət, vicdanı və Allahı qarşısında cavab verməlidir''

Deputat gənc müəllimənin intiharından danışdı: ''Həmin şəxs cəmiyyət, vicdanı və Allahı qarşısında cavab verməlidir''

Tarix: 18 Sentyabr 2020 16:46

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ölkədə böyük rezonans doğurub.

Sosial şəbəkədə insanlar müəllimin intiharına səbəb olan şəxsin mümkünlüyü barədə müzakirələr aparırlar.

Hələlik şantaj faktı hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənməsə də, belə bir ehtimalın doğru olacağı təqdirdə günahkar şəxsin tez bir zamanda tapılıb cəzalandırılması müzakirə obyektinə çevrilib.

Sonxeber.net xəbər verir ki, millət vəkili Jalə Əliyeva baku.ws-ə açıqlamasında bildirdi ki, gənc müəllimin intihar etməsi ürək ağrıdıcı hadisədir: Onun həm müəllim, həm gənc, həm də Azərbaycan xanımı olması ikiqat həyəcan verir. Təbii ki, hüquq-mühafizə orqanları və adiyyətli qurumlar bu hadisəyə hüquqi qiymət verəcəklər.

"Naidə İsayeva niyə intihar edib?", "Bunu ona kim məcbur edib?", "Ümumiyyətlə, özü intihar edibmi?" - bu suallara cavab tapmaq lazımdır. Bu işin altından çox məsələlər çıxa bilər. Nə olursa-olsun, bu olay ürəkaçan hadisə deyil. Bunu uşaqlarımızı yetişdirən, yeni nəsil üçün nəsə bir şey etməyə çalışan bir insan tərəfindən törədilməsi ikiqat üzücüdür.

İntihar hadisələri dinimizdə də, psixologiyada da, tibdə də doğru qarşılanmayan hadisədir. İnsan hansı dərəcəyə gəlib çatırsa çatsın, iradəsini itirməməlidir. Bütün hadisələr qarşısında mübarizə aparmağı bacarmalıdır. Əgər müəllimi bu işə sövq edənlər olubsa, təbii ki, cəzasını alacaqlar".

Deputat əlavə etdi ki, bu tip hadisələrə gətirib çıxaran səbəbləri aradan qaldırmağa çalışmalıyıq: "Əgər Naidə İsayevanı şantaj ediblərsə, bu kimi hallar aradan qaldırılmalıdır. Bir insan kini, qərəzi, aqressiyası və düşmənçilik toxumu ilə digərinin ömrünün yarıda qırılmasına səbəb olmamalıdır.

İnsanlıq fəlsəfəsi bu deyil. İnsanlıq fəlsəfəsi qardaşlıq, dostluq, mehribanlıqdır. Əgər bir-birimizin hər hansı səhvimiz varsa, onu normal yolla izah edərək qarşıdakı insanın islahına çalışmaq lazımdır. Hər hansı bir şəxsi intihara gətirib çıxaracaq addımlardan çəkinmək lazımdır.

Əgər Naidə İsayevanın ölümünə hər hansı şantaj səbəb olubsa, həmin şəxs cəmiyyət, vicdanı və Allahı qarşısında cavab verməlidir".

Qeyd edək ki, Hövsan qəsəbəsində yaşayan N.İsayeva özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Etiketlər:  Deputat gənc müəllimənin intiharından danışdı Həmin şəxs cəmiyyət vicdanı Allahı qarşısında cavab verməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ