Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messini transfer etməyə çalışmamışam" - Qvardiola

Tarix: 18 Sentyabr 2020 22:34

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o,  argentinalı hücumçunu "Barselona" rəhbərliyi ilə problem yaşadığı vaxt transfer etməyi düşünmədiyini deyib: "Messini transfer etməyə çalışmadım. Çünki bizim o mövqedə yetərli oyunçularımız var. Messi ilə bağlı söyləməli olduğum bir şey yoxdur. Leo özünü çox yaxşı ifadə etdi. O, mənim sevdiyim komanda olan "Barselona"nın oyunçusudur. Messinin gələcək üçün planlarının nə olduğunu bilmirəm. Mən "Barselona"da belə oyunçularla çalışdığım üçün şanslıyam".

Qeyd edək ki, Messi bu ay "Barselona"dan ayrılmaq istəsə də, klub rəhbərliyi onunla müqaviləni ləğv etməmişdi. 33 yaşlı oyunçunu "Mançester Siti"nin transfer etmək istədiyi iddia olunurdu.

 


Etiketlər:  Messini transfer etməyə çalışmamışam Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ