Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu mükafatlandırıldı

Ronaldu mükafatlandırıldı

Tarix: 19 Sentyabr 2020 12:36

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldu karyerası ərzində 5-ci dəfə  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) mükafatına layiq görülüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabında yazıb. 35 yaşlı hücumçu 2019-cı ildə dünyanın ən yaxşı bombardiri seçildiyini bildirib.

"İFFHS-in dünyanın ən mükafatını aldığım üçün xoşbəxtəm" - deyə portuqaliyalı oyunçu yazıb.

Qeyd edək ki, bu mükafat bir təqvim ili ərzində milli komanda və klub səviyyəsində ən çox qol vuran futbolçuya təqdim olunur. Ronaldu 2019-cu ildə milli və "Yuventus"da ümumilikdə 21 qol vurub.

Milli.Az


Etiketlər:  Ronaldu mükafatlandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ